Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi müharibə veteranlarını yad etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2015 • Baxış sayı: 599 dəfə • Şərh yoxdur

Sumqayıt Bələdiyyəsi 1945-ci il Qələbəsinin 70 illiyi münasibətilə müharibə veteranlarını təbrik edib

11045479_1729596337267238_8736631431163665574_n

Sumqayıt Bələdiyyəsi alman faşizmi üzərində tarixi qələbənin 70 illiyi münasibətilə II Dünya müharibəsinin iştirakçısı olmuş sumqayıtlı veteranları mayın 8-də qəbul edərək, onları təbrik edib.
Bələdiyyənin sədri professor Əbülfəz Babayev 1941-1945-ci illərdə məşəqqətli döyüş yolları keçərək, bütün Avropanı lərzəyə gətirmiş, milyonlarla günahsız insanın məhvinə səbəb olmuş alman faşizmi üzərində qələbə uğrunda igidlik və şücaət göstərmiş veteranları şəhər rəhbərliyi adından səmimi salamlayaraq, onların hər birinin Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, ağır döyüş yolları keçərək azğın düşməni məğlub etmiş müharibə veteranlarının hər zaman xalqımızın fəxri və baş ucalığı, gənclərimiz üçün vətənpərvərlik örnəyi olduğunu bildirmişdir. O da xüsusi olaraq vurğulanmışdır ki, azərbaycanlı döyüşçülər 70 il əvvəl yalnız keçmiş SSRİ-ni yox, həm də doğma vətənimiz Azərbaycanı, Sovetlərin bütün döyüş texnikasının 80 faizinə qədər neft yanacaqları ilə təmin etmiş paytaxtımız Bakını, digər şəhər və kəndlərimizi düşməndən qorumuş, Hitlerin işğalçılıq planlarına ağır zərbə vurub.
Görüş zamanı minnətdarlıq hissi ilə qeyd olundu ki, Ulu öndər Heydər Əliyev II Dünya müharibəsində misilsiz şücaətlər göstərərək, xalqımızın adına ucalıq, böyük şərəf gətirmiş igid Azərbaycan oğullarının – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun, cəsur təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin, İtaliya partizan hərəkatının əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadənin, Fransanın Milli Qəhrəmanı Məmmədiyyə Cəbrayılovun və minlərlə digər müharibə veteranlarının döyüş xidmətlərini yüksək dəyərləndirmiş, xatirələrini əziz tutmuş, onlara və ailələrinə daim diqqət və qayğı göstərmişdir. Böyük minnətdarlıq hissi doğurur ki, bu gün həmin ənənə Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ənənəvi olaraq hər il müharibə iştirakçılarına və əlillərinə, onların ailələrinə birdəfəlik mükafatlar verilir, sosial problem və qayğıları diqqət mərkəzində saxlanılılr.
Görüşdə Sumqayıt şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, müharibə veteranları Mirməhəmməd Əliyev, İsiqulu Ağayev, Şamil Yadigarov və başqaları qanlı-qadalı 1941-45-ci illərdən, döyüş yollarından söhbət açmış, ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları ilə birgə xatirə şəkilləri çəkilmişdir.
Daha sonra Bələdiyyə əməkdaşları hərəkət imkanları məhdud olan, sağlamlıqları çətinlik yaradan müharibə veteranları Nikolay Boqdanov, Mahmud Mahmudov və Lidiya Surqutskaya ilə onların evlərində görüşərək, onlara da bayram hədiyyəsi təqdim etrmişlər.

11214724_1729596323933906_138849433471633265_n 11257833_1729596700600535_3631479565087410221_n
1546070_1729596477267224_8024900256985990686_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın