Menu
Geri İrəli

Sumqayıt gənclərinin “Yay məktəbi” başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2015 • Baxış sayı: 592 dəfə • Şərh yoxdur
11693824_866468770056368_3253389992782891712_nSumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 4 iyul 2015-ci il tarixində Sumqayıt gəncləri üçün “Yay məktəbi” keçirilməyə başlayıb.
Baş İdarənin Şamaxı rayonunda təşkil etdiyi  ”Yay məktəbi”ndə ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclərin öz istəkləri əsasında iştirakı nəzərdə tutulmuşdur.
Ümumilikdə 500 nəfər gəncin iştirak edəcəyi “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tələblərindən irəli gələn gənclərin ölkəmizin ayrı-ayrı bölgələrinin tarixi və mədəniyyət abidələri ilə tanışlığı, vətənpərvərlik hissinin tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdən ibarətdir.

“Yay məktəbi”i çərçivəsində gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, eyni zamanda Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Şamaxının tarixi və mədəniyyətilə də yaxından tanış olacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın