Menu
Geri İrəli

Sumqayıtda Rəşid Behbudov anılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2015 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

residddSumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Azərbaycan milli musiqi sənətinin görkəmli simalarından olan Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş ”Dünyaya və zamana sığmayan səs” adlı tədbir keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən sumqayitxeber.com-a bildirilib ki, tədbirdə Mərkəzi kitabxananın əməkdaşı Leyla Məmmədli Rəşid Behbudovun həyat və yaradıcılıq yolu haqqında danışıb, dahi sənətkara həsr edilmiş video görüntüləri nümayiş etdirilib. R.Behbudovun ifası yazılmış lent səsləndirilib,

Sumqayıtlı məktəblilərin ifasında unudulmaz müğənniyə həsr olunmuş şeirlər, musiqi nömrələri təqdim edilib. Tədbir Q.Qarayev adına uşaq mudiqi məktəbinin müəllimlərindən ibarət trionun müşayiəti ilə Rəşid Behbudovun repertuarında olan mahnılardan ibarət musiqi proqramı ilə bitib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın