Menu
Geri İrəli

Sumqayıtda vətəndaşların pulunu mənimsəyən şəxs saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2014 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

hebsİndiki vaxtda bəzi insanlar öz halal zəhmətlərilə pul qazanmağa bir o qədərdə maraq göstərmirlər. Əksinə haram yolla pul qazanıb sonradan da onun bəlasına düşənlərin sayı durmadan artır. Elə Sumqayıt Şəhər Polis İdarəsi də bu cür əməllərlə məşğul olan şəxsi həbs edib.

Sumqayıt şəhər sakini Comərdov Tərlan Vəsait oğlunun törətdiyi əməllər polis əməkdaşlarını onu həbs etmək məcburiyyətində qoyub. Çünki onun bu əməlləri heç də comərd bir hərəkət olmayıb. Yaşadığı şəhərdə vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəmək, ona inananların hansısa bir işini həll etmək vədilə maddi ziyan vurmaq. Hazırda istintaqçıların da Comərdova qarşı qaldırdığı məsələ məhz bundan ibarətdir.

Bir iş də var ki, Vəsait kişinin oğlu Tərlanın vətəndaşlardan nə qədər vəsait aldığı tam dəqiqləşdirilməyib. Hər halda bunu araşdırmalar göstərəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın