Menu
Geri İrəli

Universitetin internet şəbəkəsi Wi-Fi sisteminə qoşuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2012 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Dövlət Universitetinin kitabxanasında ABŞ-ın Beynəlxalq İnkişaf Age
ntliyinin təşəbbüsü ilə universitetdə internet şəbəkəsinin nailiyyəti kimi təsdiqlənən Wİ-Fİ sisteminin təqdimat mərasimi keçirilib.

Təqdimatı SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq, qeyri-hökumət təşkilatlarının təhsilin inkişafına göstərdiyi təsirdən və universitetdə quraşdırılan simsiz internet xətti olan Wi-Fi-ın geniş imkanlarından söhbət açdı.

Professor N.Qəhrəmanov vurğuladı ki, bu il sürətli interneti təmin etmək məqsədi ilə universitetə  optik kanal çəkilmişdir. “Bu sistemin quraşdırılması nəticəsində istifadəçilər qısa zaman kəsiyində internetlə səmərəli və sürətli əlaqə yarada bilirlər. Müasir dövrümüzün qabaqcıl texnologiyası hesab edilən simsiz internet şəbəkəsinin universitetimizdə tətbiq edilməsi təqdirəlayiq haldır” – deyə rektor bildirdi.

Təqdimat mərasimində USAID-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) missiya direktoru Maykl Qrin çıxış edərək müasir informasiyalı cəmiyyətimizdə internetin rolu barəsində danışdı. M.Qrin bildirdi ki, onun təmsil etdiyi təşkilat əsasən üç sahə – səhiyyə, iqtisadiyyat, demokratik idarəetmə üzrə müxtəlif layihələri həyata keçirir.

“IREX” təşkilatının xarici ölkələr üzrə direktoru Angela Nikoura Azərbaycanda internetdən istifadənin genişlənməsindən söhbət açdı. O, bildirdi ki, “IREX” təşkilatı da internetdən istifadə kompaniyasını müvəffəqiyyətlə həyata keçirir. Bu kompaniya Azərbaycanın 19 regionunda reallaşdırılmışdır. Bu gün isə həmin kompaniya Sumqayıtda gerçəkləşdirildi. Azərbaycanda gənclərin elmi axtarışlara, xüsusilə internetə üstünlük verməsi çox sevindirici haldır.

“IREX” təşkilatının xarici ölkələr üzrə direktoru qeyd etdi ki, “IREX” təşkilatının əsas layihələrindən biri İnternet köşkləri yaratmaq və onu pulsuz şəkildə istifadəçilərin ixtiyarına verməkdir.

Müəyyən diskusiyalardan sonra qonaqlar universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdi və birgə xatirə şəkilləri çəkdirdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın