Menu
Geri İrəli

YAP Gənclər Birliyi Sumqayıtda gənclərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) Prezident seçkiləri öncəsi seçki kompaniyası müddətində keçiriləcək tədbirlərlə bağlı gənclərlə görüşlərini davam etdirir. SİA-nın məlumatına görə, növbəti belə görüş YAP Sumqayıt Şəhər təşkilatında keçirilib. YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin aktiv üzvlərinin iştirak etdiyi görüşdə, öncə Sumqayıt şəhəri üzrə görülən işlərlə bağlı gənclər birliyinin hesabatı təqdim edilib və hesabat ətrafında müzakirələr olub. Daha sonra seçkidə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, gənclərdən təkliflər alınıb.

Müzakirələrdə aktiv iştirak edən gənclər seçki kompaniyasında daha müasir təbliğat üsulları təklif edib. Bu üsullarda istifadə edərək daha effektiv təbliğat aparılmasını mümkünlüyünü qeyd ediblər.

Gənclərin təklifləri nəzərə alıb və təbliğat işində istifadə edilməsi üçün YAP Gənclər Birliyi ofisinə təqdim edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın