Menu
Geri İrəli

Azərbaycanda bu sahədə işçilərə daha çox ehtiyac var

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2014 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur

yarmarka“Nazirlik olaraq öz üzərimizə düşən vəzifələri icra etmək məqsədi ilə çalışırıq ki, işaxtran gənclərlə işəgötürənlər arasında əlaqə yaradaq və gənclərin iş tapmağına yardımçı olaq”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimov deyib. O bildirib ki, nazirliyin əsas məqsədi işəgötürənlə işaxtaran arasında bir körpü yaratmaqdır:

“Gənclər ali təhsil alırlar ancaq onların iş təcrübəsi olmur. ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin əsas məqsədi təcrübəsi olmayan işaxtaranları peşəkar həyata hazırlamaqdan ibarətdir. Səyyar əmək birjalarımız mövcuddur. Eyni zamanda müxtəlif yerlərdə əmək yarmarkaları keçiririk”.

Nazir müavini ölkədə işçiyə ehtiyac olan sahələrin adlarını da açıqlayıb:

“Azərbaycanda turizm, sənayeni müxtəlif sahələri üzrə işçilərə ehtiyac var. Eyni zamanda məişət, iaşə xidmət sahəsi də çoxsaylı peşələrdə işçilərin xidmətlərinə maraqlı sahələrdir”.

M.Kərimov gənclərə məsləhət də verib. O bildirib ki, gənclər yüksək kurslardan artıq iş axtarmaq qabiliyyətlərini inkişaf etdirsinlər:

“Gənclərə məsləhitimiz ondan ibarətdir ki, gənclər yüksək kurslardan artıq iş axtarmaq qabiliyyətlərini inkişaf etdirsinlər. Bu gün bazarın tələbləri mövcuddur. Yüksək tələblər müəyyən edilib və xarici dil bilgisi də bunlara aiddir. Ötən ilə nisbətən bu il iş üçün olan vakansiyaların sayında artım var”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın