Menu
Geri İrəli

Azərbaycanlıların ən çox səfər etdiyi şəhərlər – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2016 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

seyahet-azvisionBu ilin noyabrında Heydər Əliyev Beynəlxalq Hava Limanı 231 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.

AzVision.az “Azərbaycan Hava Yolları”na (AZAL) istinadən xəbər verir ki, ümumilikdə, 2016-cı ilin 11 ayı ərzində Bakı hava limanı təxminən 3 milyon sərnişinə xidmət göstərib.

1,8 milyon sərnişin AZAL aviaşirkətinə üstünlük verib ki, onlardan 500 min nəfəri “Azərbaycan Hava Yolları”nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə daşınıb. Bu, hava limanının ümumi sərnişin dövriyyəsinin 16%-ni və ya AZAL-ın sərnişin daşımalarının 27%-ni təşkil edir.

Bu müddət ərzində yük terminalları vasitəsilə 14,5 min ton yük daşınıb.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Yanvar-noyabr aylarının yekunlarına əsasən, bu istiqamətlər üzrə 1,38 milyon sərnişin daşınıb.

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Mahan Air”, “Komaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın