Menu
Geri İrəli

Bu qız ölkəmizi beynəlxalq gözəllik müsabiqəsində təmsil edəcək – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 662 dəfə • Şərh yoxdur

“O, təcrübəli stilistlərlə, model trenerlərlə və fotoqraflarla çalışır”.

Azərbaycan gələn il Filippində “Supermodel İnternational 2016″ beynəlxalq model müsabiqəsinin dünya finalında iştirak edəcək.

Bu haqda məlumatı Oxu.Az-a təşkilatçı Aqil Məmiyev deyib.

“”Supermodel İnternational 2016″-ya qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabrın 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək.

“Supermodel İnternational 2016″ yarışına hazırlıq tam sürətlə davam edir. Bu müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edəcəklər. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.

Hal-hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsində təcrübəli stilistlərlə, model trenerlərlə və fotoqraflarla çalışır”.

Nəzərinizə çatdıraq ki, müsabiqə 2000-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir. Qeyd edək ki, yarışın beynəlxalq direktoru “World Beauty Congress”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın