Menu
Geri İrəli

Sumqayıt şəhər 18-ci mikrorayon sakinləri Su kanal idarəsindən şikayətçidirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2015 • Baxış sayı: 646 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər 18-ci mikrorayon sakinləri Su kanal idarəsindən şikayət edirlər.
Şikayət mətnini olduğu kimi təqdim edirik:
Binamızın qarşısında su borusu partlamışdı. Su idarəsinin əməkdaşları gəlib nasaz borunu düzəltsə də, blokun qarşısını bu günə qoyublar. Bunun yayı belədirsə, qışını bir düşünün ki, necə olacaq. Şikayət edib bu fotoları Sumqayıt Şəhər İcra Hakimiyyətinin e-mail ünvanına da göndərmişik. Lakin hələ bir cavab yoxdur.
Biz sakinlər bu işi görən qurumdan 18-ci mkr, ev 31a-ya qayıdaraq gördükləri işi yekunlaşdırmaqlarını istəyirik.
Məsələ ilə bağlı Sumqayıt şəhər Su Kanal İdarəsi ilə əlaqə saxlayıb problemə münasibət öyrənmək istədik. Qurumdan bildirdilər ki, problemdən xəbərdardırlar və özləri gözləyirdilər ki, bir az müddət keçsin və ərazi tam qurusun, çünki oranı böyük ölçüdə su basmışdı. İdarə rəsmisi söylədi ki, bir həftədən sonra gəlib asfaltlayacaqlar. Xeberle.com

1436870613_11146189_1465129513783828_2743682589938435393_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın