Menu
Geri İrəli

Kolleclərə qəbul imtahansız olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2014 • Baxış sayı: 701 dəfə • Şərh yoxdur
Share Button

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul qaydalarında müəyyən dəyişiklik edib. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq.

Belə ki, 9-cu sinifi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcəkdir. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanlarında bütün abituriyentlərin (həm əvvəlki illərin məzunu olanlar, həm də 2014-cü ilin məzunları üçün) yalnız ana dili və riyaziyyat fənlərindən bilikləri yoxlanacaq.

TQDKDKDK

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın