Menu
Geri İrəli

Sumqayıtda tərxis olunan əsgərlər səfərbər olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 1,450 dəfə • 1 şərh
isid-1Məlumata görə, vəhhabilərin “müqəddəs şəhər” adlandırdığı Sumqayıtdan Suriyada və İraqda İŞİD tərkibində döyüşənlərin sayı durmadan artır

Son günlər İraq Şam İslam Dövləti (İŞİD) tərkibində xeyli Azərbaycan vətəndaşlarının döyüşməsi ilə bağlı faktların ortaya çıxması dövlət qurumlarını hərəkətə keçirib.

Məlumata görə, vəhhabilərin “müqəddəs şəhər” adlandırdığı Sumqayıtdan Suriyada və İraqda İŞİD tərkibində döyüşənlərin sayı durmadan artır. Bu insanların əlbəttə ki, böyük əksəriyyətinin həqiqi hərbi xidmət keçməsi və döyüş qabiliyyətinin olması heç kəsə sirr deyil. Artıq belə insanlarla bağlı Sumqayıtda dövlət qurumları tərəfindən konkret  addımlar atılmağa başlayıb.

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2-3 il əvvəl həqiqi hərbi xidmətdən qayıtmış şəxslərə “Çağırış vərəqi” göndərib. Həmin “Çağırış vərəqi”ndə xidmət keçmiş siravi əsgərlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə gəlmələri tələb edilir. Eyni zamanda qoşma vərəqdə onlara şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, şəxsi əşyalar götürməsi tələbi qoyulub.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsinin növbətçisi Asif Məhərrəmov deyib ki, bu səfərbərliklə bağlı çağırış deyil. Onun sözlərinə görə, 2-3 il əvvəl həqiq hərbi xidmətdən keçmiş şəxslərin qeydiyyatı aparılır: “Çağırılanlar sadəcə gəlib burada qeydiyyatdan keçəcəklər, burada ayrı bir məsələ yoxdur”.
A.Məhərrəmov bu qeydiyyatın nə səbəbdən aparılması ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, “Baş idarəyə”, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zəng etməli olduğumuzu bildirdi. (teleqraf.com)

572405453a16587ccfdd1403086215_seferberlik

Facebook Şərhləndirmə:

“Sumqayıtda tərxis olunan əsgərlər səfərbər olunur” yazısına bir cavab

  1. Rza deyir:

    Heç dəxli var İŞİD-lə bu məsələnin. Bunlar daha bilmir e necə eləsinlər ki, camaatı cəlb eləsinlər xəbər oxumağa

Şərhinizi yazın