Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq” kitabı işıq üzü görüb.
Tuesday September 7th 2010




















Salam Varis muellim!
İki əsərinizi sevə sevə oxuduq..Biz sizdən yeni əsərlər gözləyirik…YAxın günlərdə yeni əsərinizlə bizi sevindirəcəkmisiniz?
Salam hormətli genc yaziçimiz. Sizin romanlarinizla bagli məktub yazmişam, redakt edib gondərəcəm,oz rəyimi bildirəcəm.Romanlarinizin ikisinidə oxudum. Çox bəyəndim. Əsərlərinizlə bagli sizə sualim var. Siz “Sonuncu olən ümüdlərdir” romanin baş qehramanlarin əsil adini çəkə bilərsinizmi(İlqar və Nailənin)? Bu mənim üçün çox maraqlidi. Və birdə bilmək istərdim onlarin teleyi haqqinda indi nəsə bilirsinizmi? İlqar adli qəhraman həbsdən çixdimi? Nailə yenidən ailə qura bildimi? Birinci əsəriniz daha çox təsir edici, və maraqli idi. Cavablariniz üçün çox sag olun!!! Moskva, Şükürova Nadilə, 23 yaş, huquqşunaz. (P.s. səhflərim olsa uzurlu hesab edin)